Menu

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

26.10.2021, 10:26
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır

Şərhlər

t.ədalət 2021-10-26 11:37:52

Qəzaların çoxu BNA-nın təsadüfi adamlardan təyin etdiyi avtobus sürücülərinin hesabına törənir.Aeroport yolunda BNA-nın təəsiri ilə tələbənin boynunayıxılan qəzaya da səbəb dayanacağa girmək istəyən avtobus sürücüsünün yük avtomobilini gözləməməsidir.Əslində avtobus sürücüsü dayanacağa girmək üçün yük avtomobilini gözləməli idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol