Menu

“Heç bir üçüncü dövlət Azərbaycanla münasibətlərimizə mane ola bilməz” - İsrail səfiri

26.10.2021, 14:12
“Heç bir üçüncü dövlət Azərbaycanla münasibətlərimizə mane ola bilməz” - İsrail səfiri

“Biz Azərbaycanla dostluğu dəyərləndiririk”.

APA-nın xəbərinə görə bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrailin hər tərəfindən müxtəlif texnologiyaların təmsil olunduğunu bildirən diplomat bunu İsrail və Azərbaycan arasında dostluq və inkişaf edən münasibətlərin simvolu adlandırıb.

"Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox işbirliyi görəcəyimə ümid edirəm", - deyə səfir Corc Dik deyib.

Şərhlər

Mubariz 2021-10-26 15:10:18

Əhsen.Berekellah yehud size.Ne gerasetlidir.Bizleri yaradan muteal ALLAH yehud beseriyyetin dusmenidir deye buz topoylara tanitdirir.Bu derrakeli calisir eksin isbat etsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol