Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: “Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.


Şərhlər
Azərbaycan ərazilərinin tarixi sovet dövründə yaxşı araşdırılmayıb.Məsələn,yazə mədəniyyətinin Gəmiqayadakı rəsmlərdə olan ibtidai forması Laçında nisbətən inkişaf etdirilmiş,Qobustanda isə süjet qurma səviyyəsinə çatmışdır.Odur ki,qayaüstü rəsmlər Naxçıvan,Laçın və Bakı üzrə özünün sistemləşdirilməsini gözləyir.Bütün bunlar isə qədim Araz mədəniyyətinin əsasını təşkil edir.Milli kimliyi ilə bizi heyran edən Yasəmən xanım Qaraqoyunlu kimi alimlərimizin bu barədə əsərlər yazmasına böyük ehtiyac duyulur.