Menu

Robert Koçaryanın məhkəməsi noyabrda keçiriləcək

26.10.2021, 18:08
Robert Koçaryanın məhkəməsi noyabrda keçiriləcək

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın məhkəməsi noyabrın 2-dək təxirə salınıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hakim Anna Danibekyan məlumat verib.

Vəkil Armen Gevorqyan vəsatətinin rədd edilməsinə etirazını bildirib. O, formal olaraq prosesdə iştirak etmək istəmədiyini deyib və məhkəmə zalından çıxıb. Məhkəmə ona xəbərdarlıq edib.

Bundan sonra hakim Anna Danibekyan vəkilin iştirak etməməsi səbəbindən iclası təxirə salmaq qərarına gəlib.

Xatırladaq ki, R.Koçaryan külli miqdarda rüşvət almaqda ittiham olunur.

Şərhlər

Eli 2021-10-26 21:07:29

Bu Paşinyan müellimin bir xoşagelem işi var ki bu alçaq,cellad,uşaq qatili Köçeryan köpek oğlu ile layiq oldığu seviyyede davranmasıdır.Bele reftarla bu Köçeryanın axrına çıxar onun dalınca da o biri çaqqal Sarkisyanı “abıra salar” yeqin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol