Menu

"Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq" - Azərbaycan lideri

26.10.2021, 20:23
"Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq" - Azərbaycan lideri

“Bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa, yenidənqurma işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq“, - deyə dövlət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol