Menu

Azərbaycan Ordusunun 383 xüsusi təyinatlısı Türkiyədə təlimi başa vurub - FOTOLAR

27.10.2021, 13:09
Azərbaycan Ordusunun 383 xüsusi təyinatlısı Türkiyədə təlimi başa vurub - FOTOLAR

Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, - nazirlikdən bildirilib.

Təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol