Bu dəqiqələrdə Ermənistan prezidentinin mətbuat katibi Armen Saqatelyanın Twitterdə yaydığı məlumata görə, prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın təkbətək görüşü başa çatıb.
Virtualaz.org saytı xəbər verir ki, təkbətək görüşün başa çatmasından sonra Minsk Qrupunun həmsədrləri danışıqların keçirildiyi zala çağırılıblar. Daha sonra Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Ollandın iştirakı ilə danışıqları davam etdirəcəkləri gözlənilir.
* * *
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş başlayıb.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.
Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilir.


Şərhlər