Menu

Qazilər polis şöbəsinə dəvət olunub - DİN-dən açıqlama

28.10.2021, 16:06
Qazilər polis şöbəsinə dəvət olunub - DİN-dən açıqlama

"Bu gün bir qrup qazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasında zəbt olunan torpaq sahəsi ilə bağlı yaranan mübahisəyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət olunublar".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, dəvətə səbəb mübahisə predmetinə çevrilən halla bağlı onlarla profilaktik, izahedici söhbətlərin aparılması olub: "Zəbt olunan torpaq sahəsinin insan həyatı üçün təhlükəli vəziyyətini bilərəkdən mahiyyətindən yayındıraraq onlar polis tərəfindən təzyiqə, zorakılığa məruz qalmalarını iddia ediblər. Vətən yolunda sağlamlığını itirən o qazilərin söylədikləri, hansısa sosial şəbəkə seqmentlərində “polis bizi döydü”, - deyə səsləndirilməsi ağır ittihamdır.

Deyilənləri, yazılanları ürək ağrısı ilə qaşılayırıq. Halbuki onlara mövcud vəziyyət, ərazinin yüksək gərginlikli hava xəttinin mühafizə zonası olması bildirilib. Onlar deyilənlərin əksinə olaraq, polis şöbəsində qeyzlənərək hay-küy yaradıb, əvvəlcədən razılaşdırılan bəzi internet televiziyalara polis haqqında neqativ fikirlər bildiriblar".

"Bir daha onların diqqətinə çatdırırıq ki, bu hərəkətlər qanunsuzdur. Çünki öldürücü elektrik xəttlərinin altında işləmək, yaşamaq həyat üçün təhlükəlidir", - o vurğulayıb.

Şərhlər

Eli 2021-10-28 19:10:59

Meseleni diger terefden tanaşsaq maraqlı mesele çıxar ortaya.Nece ola biler ki bu evler tikilende müvafiq dövlet qrumları xüsusen DİN-nin müvafiq bölmeleri,İcra hakimiyyetleri,belediyyelerin ve Azerişığın bı işlerden xeberi olmayıb,axıı bu evlerin tikintisi bir iki saatın ve ta bir iki günün işi deyil.Bizim dövlet qurmları bir az cidfi bı meseleler yanaşsalar daha düzgün olar.Eger bele olmasaydır Ölke Prezidendi senedsi evlere,bağ sahelerine ve hetta aqrar sahede pay torpaqlarına Çıxarışlar (“Kupça”lar) verilmesi haqqında bir neçe Ferman vermezdi, özü de söhbet minlerle belke de on,yüz minlerle vetendaşın sened almasından gedir.Yeni demek isteyirem ki heç kim yaxasını kenara çekmesin bu Fermanlara uyğın olaraq bı meselleleri hell etmek olar,lazımdır ki her bir mesul şeces qaunlara hörmet ,vetendaşlatın problemlerinin helline canyanğısı nümayiş etdirsinler.Axı bı işler hamımızın gözü qarşısında ve daha deqiq iştirakı ile baş verib ve nece baş berib hamı bunu çox gözel bilir.Quru qur informasiyalar ile mesele hell olunmaz.Yene deyirem Vetendaşlara memurlar terefinden Canyanğısı be Alicenablıq gösterilmelidir.Prezident öz mövqeyini ortaya qoyub qalır bu öeseleleri ellikke hell etmek xalq dili ile desek beledir.

Eli 2021-10-28 16:32:33

Bele melumatları ictimaiyyete bidirmdk çox düzgün mövqedir,ancaq bu meselenin helli yolu deyil.Bu qaziler heyatlarını qurban vererek 44 günlük Veten müharibesinde igidlikle Kişi kimi vuruşun Qelebe qazanıblar be bunlar Qalib ölkenin Qalib esger be zabitleridir.Bu mesele aidiyyatı orqanlar terefinden konkret hell olmalı ve bu barede İctimaiyyete melumat verilmelidir.Bu olar meselenin müsbet helli.Yoxda bınlar heç bir halda özbaşına bu işi göre bilmezdiler be tebii ki müvafiq dövle qurumları tikinti zamanı bunlara qsnumi ve ya qeyri qanuni şerait yaradıblar kii bu qaziler de o evlere borc xerc maliyye serv efibler .Yeni mesele hem qanuni ve hem de insafla mürüvetle kömeklik olunmaqka öz hellini tapmalıdır.Bir fakt deyim Sizlere “Azerişıq özel sektorda elektrik xetti çekilmesine trxniki şert üçün 15-40-50 min manat arası “Asan xidmet”vasitedi ile sahibkarlardan ödeniş teleb edir.Evvellee bele ödeniş yox ifi bu bir iki il olar ki tetbiq edilir ve resallığa ne derecedr uyğundur qalır Azerişıq rehberliyinin vicdanına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol