Menu

Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçilib

28.10.2021, 17:04
Məhkəmə-Hüquq Şurasına iki yeni üzv seçilib

Məhkəmə-Hüquq Şurasına iki yeni üzv qəbul edilib.

Bu barədə “Report”a Şuradan məlumat verilib.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurasında apellyasiya instansiyası üzrə 2 vakant yer mövcüd olub.

Qeyd edilib ki, həmin vakansiyalar üzrə Azərbaycan Hakimləri Assosiasiyaları İttifaqı tərəfindən namizədlər irəli sürülüb: “Namizədlər sırasından Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçiliblər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol