Menu

"Nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın inkişafına stimul verir" - Mikayıl Cabbarov

29.10.2021, 09:35
"Nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın inkişafına stimul verir" - Mikayıl Cabbarov

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, nazir təbrik mətnini rəsmi "Twitter" səhifəsində paylaşıb.

"Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir. Qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edir, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq", - Mikayıl Cabbarov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol