Menu

ABŞ strateji bombardmançılarını Rusiya donanmasına tuşlayıb – “Bir zərbə kifayət edər...”

29.10.2021, 15:27
ABŞ strateji bombardmançılarını Rusiya donanmasına tuşlayıb – “Bir zərbə kifayət edər...”

ABŞ hərbi-hava qüvvələrinin (HHQ) B-1B Lancer bombardmançıları yeni başlıca tapşırığı məşq edirlər - Rusiyanın Baltik və Qara dəniz donanmalarını məhv etmək.

Bu barədə «Forbes» yazıb.

«İki B-1 Baltik donanmasına 4LRASM (uzaq məsafəli gəmi əleyhinə raket) buraxa bilər. Bu, tam kifayət edər ki, birdəfəyə bütün donanma məhv edilsin və ABŞ-ın və müttəfiqlərinin gəmilərinə başlıca təhlükə aradan qaldırılsın» - məqalədə deyilir.

Bundan başqa, nəşrin təsdiqlədiyi kimi, uzun məsafəli olması sayəsində LRASM B-1 Rusiya gəmilərini Qara dənizin istənilən nöqtəsindən, NATO məkanından atəşə tuta bilər.

Rockwell B-1B Lancer - Amerikanın səsdən iti uçan strateji bombardmançısıdır. Təyyarə mürəkkəb taşırıqları yerinə yetirmək, məsələn, təhlükəsiz məsafədən JASSM-ER və LRASM qanadlı raketlərin atışını həyata keçirmək qabiliyyətindədir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol