Menu

11 yaşlı qızın uşaq dünyaya gətirməsilə bağlı araşdırmalara başlanıb

29.10.2021, 18:25
11 yaşlı qızın uşaq dünyaya gətirməsilə bağlı araşdırmalara başlanıb

İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəblini 31 həftəlik hamiləlik diaqnozu qoyulub.

Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol