Menu

Türkiyə ordusu PKK-nın daha 4 terrorçusunu məhv edib

29.10.2021, 22:26
Türkiyə ordusu PKK-nın daha 4 terrorçusunu məhv edib

Türkiyə Silahlı Qüvvələri "Barış Pinarı" və “Pençe-Yıldırım” əməliyyat zonalarında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Barış Pinarı" antiterror əməliyyatında 1, "Pençe-Yıldırım"da isə 3 PKK terrorçusu məhv edilib.

Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib.

Məlumata görə, terrorçular bölgədə terror aktları planlaşdırırmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol