Türkiyə və Belarus üçün suverenlik və müstəqillik dövlət quruluşunun sarsılmaz prioritetidir.
Bu barədə oktyabrın 29-da Aleksandr Lukaşenko Respublika Günü milli bayramı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrikdə bəyan edib.
«Türkiyə üçün, Belarusla olduğu kimi, suverenlik və müstəqillik dövlət quruluşunun sarsılmaz prioritetidir. Müasir reallıqlar daxilində səyləri birləşdirmək əhəmiyyətlidir ki, zamanın tayı-barabəri olmayan çağırışlarına qarşı durmaq mümkün olsun» - Belarus lideri qeyd edib.
Lukaşenko həm də Türkiyənin dinamik inkişafını və onun qlobal və regional səviyyələrdə rolunu qeyd edib.
«Əminəm ki, Türkiyə əsrlik yubileyinə 2023-cü ildə sizin müəyyən etdiyiniz bütün istiqamətlərdə yeni böyük nailiyyətlərlə yetişəcək» - o, qeyd edib.
Bundan başqa, Belarus Prezidenti bəyan edib ki, Minsk Ankara ilə münasibətlərə xüsusi önəm verir - bu münasibətlər dostluq ənənələrinə və qarşılıqlı inama əsaslanır, deyə, Prezidentin mətbuat xidməti məlumtlandırıb. O, əmin olduğunu bildirib ki, ikitərəfli əməkdaşlıq ilbəil möhkəmlənəcək və xalqların rifahı üçün yeni nailiyyətlərə yüksələcək.
Xatırladaq ki, Ankara rəsmi Minsklə sıx münasibətlər saxlayır - baxmayaraq ki, Qərb tərəfindən Belarusa qarşı sanksiyalar tətbiq edilir. Ərdoğan 2020-ci ildəki Prezident seçkilərində Lukaşenkonu qələbə münasibətilə ilk təbrik edənlərdən biri olub.
AzPolitika.info


Şərhlər