Keçmiş səhiyyə naziri Əli İnsanovun yaratdığı və rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alındıqdan sonra hakimiyyətlə dialoqa başlamaq niyyətindədir.
"AzPolitika.info" xəbər veri ki, Ə.İnsanov partiyanın İdarə Heyətinin iclasında çıxış edərək, Ali Məclisin sədri Zəlimxan Məmmədliyə hakimiyyətlə danışıqlar aparmaq səlahiyyətinin verilməsini təklif edib. Təklif yekdilliklə qəbul edilib.
Qeyd edək ki, HƏP-in sürpriz şəkildə dövlət qeydiyyatına alınması İnsanovun əvvəlki mövqeyini dəyişməsi ilə bağlı mülahizələrə yol açıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdə Ə.İnsanovun ünvanına tənqidlər səslənsə də, başqa partiyalardan onun bu qərarına reaksiya verilməyib.

HƏP-dən verilən başqa bir açıqlamada isə Əli İnsanovun oktyabrın 29-da öz qərargahında Müsavat başqanı Arif Hacılı ilə görüş keçirdiyi qeyd olunub. Sədrlər günün aktual mövzularını müzakirə ediblər.
"AzPolitika.info"


Şərhlər
Ay qardaş gül kimi senetin var gedib doktorluğunu ede bilmirsen,ne var bu yaşda bu siyaset meydanında.Mence bu adam xalq üçün çalışırdısa ele rehmetlik Heyder Eliyevin vaxtında çalışaydı daha indi niye?Demeli bu kiminlese haqq hesab çürütmek isteyir burda mence xalq veten söhbeti boş şeylerdir.