Menu

Türkiyə 3 əsgərini şəhid edən PKK-lıları yaxaladı

27.10.2014, 21:27
Türkiyə 3 əsgərini şəhid edən PKK-lıları yaxaladı

Türkiyənin baş naziri Əhməd Davudoğlu oktyabrın 25-də Hakkarinin Yüksəkova qəsəbəsində mülki geyimdə olan 3 Türkiyə əsgərini öldürən şəxslərin yaxalandığını deyib. İstanbulda media qarşısına çıxan baş nazir Davuoğlunun sözlərinə görə, faktla bağlı 6 nəfər yaxalanıb: “Yaxalanan şəxslər ədalət məhkəməsinə təhvil veriləcək. Bölgədə durumu nəzarət altında saxlamaq üçün vali və təhlükəsizlik qüvvələri ilə davamlı təmaslarımız davam edir. İctimai asayişə tam nəzarət edilir. Durumu gərginləşdirmək, təhlükəsizliyi hər hansı şəkildə təhdid etmək istəyən qüvvələr dərhal aşkarlanaraq qanun qaydasında cəzalandırılacaq”.

Oktyabrın 27-də isə PKK-nın Şırnakın Silopi qəsəbəsində özəl bir mədənə gedən amonium nitrat maddəsi dolu yük maşınını qaçırdığı ortaya çıxıb. Yük maşını içərisindəki partlayıcı qurğuları başqa bir yük maşınına daşıyan terrorçular sürücünü sərbəst buraxıb. PKK-lıların tapılması üçün bölgədə hava əməliyyatı keçirilsə də nəticə yoxdur.

Türkiyə Silahlı Qüvvətlərinin bu haqda açıqlamasında bildirilir ki, ölkənin Suriya və İraqla sərhədlərinin havadan qorunması tədbirləri gücləndirilib. Oktyabrın 27-də Türkiyə Hava Qüvvələrinin bir neçə uçağı əraziyə nəzarət uçuşu həyata keçirib.

PKK-nın Türkiyədə fəallaşması iqtidar və müxalifət düşərgəsində fərqli yorumlanır. Hakimiyyət prosesin kənardan tətikləndiyini iddia etsə də, müxalifətçilər AKP iqtidarını xəbərdarlıqlara baxmayaraq terror qruplaşmaları ilə dövlət arasında məsafəni qoruyub saxlamamaqda ittiham edir. AKP iqtidarının PKK-ya qarşı İŞİD-dən istifadəsi isə ölkə mediasında ən çox danışılan məsələlərdəndir. “Halk” TV-də yayımlanan “Media məhəlləsi” müəllif proqramında ölkənin ünlü televizyonçularından Ayşenur Arslan İŞİD və AKP-nin “ortaq adresi”ndən danışıb. Proqrama bir gün öncə Dənizlidə saxlanan, daha sonra zaminə buraxılan OdaTV-nin sahibi Soner Yalçın da qatılıb.

Verilişdə bildirilib ki, Türkiyədə azad söz üzərində ciddi basqı olmasına baxmayaraq takvahaber.net saytı üzərindən İŞİD təbliğatı aparılır. Saytın əsas oxucuları Türkiyə və Almaniyadandır. Ayşenur Arslan iddia edib ki, saytın sahibi “İslam ümməti” kimi təqdim olunsa da, Zeynel Abidin Kayadır.

Bu şəxs isə AKP-yə bağlı İrfan Kollecində yüksək vəzifə tutur. Müəllif fikirlərinə sübut kimi İrfan Kollecinin və saytın eyni internet adresi üzərindən qeydiyyatdan keçməsi ilə əsaslandırıb.

Qeyd edək ki, İrfan Koleci Elm Yayma Vəqfinindir. Bu vəqfin qurucusunun ilə prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu olduğu bildirilir.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol