Menu

Münaqişə zamanı havaya atəş açan şəxs tutulub

30.10.2021, 13:30
Münaqişə zamanı havaya atəş açan şəxs tutulub

Şəmkir Rayon Polis Şöbəsinə oktyabrın 29-da saat 17 radələrində rayon sakini M.Musayevin münaqişə zəminində tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Musayev saxlanılıb, ondan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol