Menu

Ərdoğan G20 zirvəsində dünya liderləri ilə görüşdü - VİDEO

31.10.2021, 10:31
Ərdoğan G20 zirvəsində dünya liderləri ilə görüşdü - VİDEO

Dünya liderləri G20 sammitində iştirak etmək üçün İtaliyanın paytaxtı Romada bir araya gəliblər.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsində Avropa İttifaqı başqanı Ursula von der Leyenlə görüş keçirib. Mətbuata qapalı keçirilən görüş 30 dəqiqə davam edib. Görüşdə həmçinin Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu da iştirak edib.

Ərdoğan İtaliya prezidenti Mario Draghi ilə də görüşüb. Aİ başqanı və İtaliya prezidenti ilə görüşün ardından Ərdoğan növbəti görüşünü Hollandiyanın baş naziri Mark Ruthe gerçəkləşdirib. Qapalı görüş 30 dəqiqə davam edib.

Ərdoğan daha sonra İndoneziya prezidenti Joko Vidodo ilə bir araya gələrək 30 dəqiqə qapalı görüş keçirdib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol