Menu

Qarabağda yol tikintisi nə vaxt bitəcək?

31.10.2021, 11:34
Qarabağda yol tikintisi nə vaxt bitəcək?

Türkiyənin "Proyapı" şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

Bunu şirkətin layihə meneceri Volkan Topaloğlu Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

"Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq "Zəfər yolu"nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk".

Şərhlər

B.Qarabağlı 2021-10-31 17:12:25

Qarabağın öz yolları var, yolun yenilənməsi və yenilərinin salınması gərəkdir! Xarici şirkətlərin iştirakı da dostluq rəmzidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol