Menu

Çexiyada kanatın qırılması nəticəsində kabinədə olan bələdçi faciəli şəkildə ölüb

31.10.2021, 21:12
Çexiyada kanatın qırılması nəticəsində kabinədə olan bələdçi faciəli şəkildə ölüb

Çexiyanın şimal-qərbində dəniz səviyyəsindən 1012 metr hündürlükdə yerləşən Yeşted dağına birləşdirilmiş kanatda ölümlə nəticələnən qəza baş verib.

APA “Çex TV”yə istinadla xəbər verir ki, kanatın qırılması səbəbindən kabinədə olan bələdçi hadisə zamanı ölüb.

Paralel kabinədə isə 15 sərnişin olub. Xilasedicilərin köməkliyi ilə onlar yerə endiriliblər. Xəsarət alan olmayıb.

Xilasetmə xidmətinin əməkdaşı David Korjink bildirib ki, hazırda hadisə zamanı şok keçirən sərnişinlərə psixoloji yardım göstərilir.

Qeyd edək ki, sözügedən kanat 1933-cü ildən fəaliyyət göstərir. Ötən illərdən bəri belə bir qəzanın ilk dəfə qeydə alındığı bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində qəzanın başvermə səbəblərini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol