Menu

Yəməndə husilər yaşayş məntəqəsini atəşə tutub - Ölən və yaralananlar var

01.11.2021, 09:12
Yəməndə husilər yaşayş məntəqəsini atəşə tutub - Ölən və yaralananlar var

Yəmənin “Ansar Allah” (“husilər”) hərəkatı tərəfdarlarının Marib əyalətinin Al Cuba bölgəsinə raket hücumları nəticəsində azı 29 nəfər ölüb və ya yaralanıb.

“Report” TASS-a istnadən xəbər verir ki, bu barədə ölkənin informasiya, mədəniyyət və turizm naziri Müəmmar əl-İryani özünün tvitterdəki hesabında məlumat verib.

“Husilər Marib əyalətinin cənubundakı Əl-Cuba bölgəsindəki yaşayış məntəqəsinə hücum etdi, bu dəfə iki ballistik raketlə. (Yerli-red) məscidi və Dar əl-Hədis dini mərkəzini vurdular, 29 mülki şəxs həlak olub”, - deyə nazir bildirib.

O əlavə edib ki, ölən, yaralananlar arasında qadın və uşaqlar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol