Menu

Ərdoğan Türk Şurasına üzv dövlətlərin Baş prokurorlarına müraciət etdi - FOTO

01.11.2021, 10:53
Ərdoğan Türk Şurasına üzv dövlətlərin Baş prokurorlarına müraciət etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb.

“Report” xəbər verir ki, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb.

R.T.Ərdoğan ölkələr arasında əlaqələrin qarşılıqlı təcrübə əsasında inkişafını xüsusi hesab edib: “Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi hədəflərə daha da yaxınlaşdırmış olacaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərkən beynəlxalq status qazanacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol