Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mürəkkəb vəziyyət yaranıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə ölkənin hərbi sənaye kompleksinin inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib.
“Rusiyada koronavirusla bağlı mürəkkəb vəziyyət yaranıb. Koronavirusa gündə 40 min nəfərdən çox insan yoluxur. Heç vaxt belə olmamışdı”, - V. Putin vurğulayıb.
Qeyd edək ki, Rusiyada həftə ərzində COVID-19-a gündəlik yoluxma sayı 40 mini, virusdan ölüm hallarının sayı isə 1100-ü ötüb.


Şərhlər
Araqdan bir azda şox vurun.Sizi bu bəladan ancaq bu qurtara bilər.