“Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır”.
Bakupost.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib.
O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. “Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.
Qeyd edək ki, onun bu sözləri sosial şəbəkələrdə tənqid və iradlara tuş gəlib.
Çingiz Abdullayevi qınayanlar bildiriblər ki, yazıçı “Birinci Qarabağ müharibəsi olmayıb” deməklə minlərlə şəhid, itkin, qazi və veteranın haqqı danıb. Bəziləri hətta Xalq yazıçısını üzrxahlıq etməyə çağırıblar.


Şərhlər
Müharibə olub.Ancaq Rusların buradakı və göndərdiyi satqınların sayəsində və erməni dığalarına havadarlığı sayəsində bizi pis günə qoydular.Cox şükür 200 illik hökmüranlığa son qoyuldu.Tam qələbəmiz isə uzaqda deyil.
Narahat olmayın onsuz da, bəlkə sizin müdafiəçilər iki təslim aktı imzalayıblar? Dörd dəfə kiçik və daxili erməni millətçilərinin əli silahsız Azərbaycanı belə təslim etməsi mümkün deyildir! Doğrusu isə, iki atəşkəs aktı imzalanıb?
Bu adam nə qədər savadsızdır ki,Heydər Əliyevin atəşkəs haqqında imzaladığı sənəddən də xəbərsizdir.Əgər müharibə yox idisə,onda H.Əliyev 1994-cü ilin may ayında ermənilərlə atəşkəs sənədini niyə imzaladı?Ç.Abdullayev kimi bulaşıqqanlılar xalqımızın hislərinə çox toxunacaq.Belələrinə aramızda yer olmamalıdır.
Ordu yoxuydusa 1994 cu ilde bir nece kendi yeniden nece geri ala bildik senin kitablarin qarsiliginda yoxsa cesur igid oglanlarimiz sehid olaraq?
Nəyi düz deyir? Elə danışırsız ki, elə bil camaat dünyadan xəbərsizdir, adi məntiqi yoxdur. Deyib ki, müharibə olmayıb. Deməyib ki, daxildə siyasi qarışıqlıq olub, ordu zəif və nizamsız olub və s. Bunlar başqa şeydir, müharibə olmayıb demək başqa. Müharibə olub, insanlar da o müharibədə iştirak edib, döyüşüb, milyona yaxın insan qaçqın və məcburi köçkün olub. 1994-də atəşkəs razılaşdırılıb, atəşkəs onda razılaşdırılır ki, müharibə olur.
DQMV münaqişəsi və ya birinci müharibəsi adlandırılan həmin tarixi hadisə de fakto DQMVnin Ermənistana birləşdirilmə cəhdinə razılaşmayan yüz minlərlə azərbaycanlı ailələrinə qarşı tarixdə dinc-yerli vətəndaşlara, uşaq, qadın və yaşlılara qarşı Hərbi Soyqırım terroru olub. Hörmətli yazarla tam razıyam. Azərbaycanlılar imkan daxilində müdafiə olunsalar da millətçi hərbi soyqırıma davam gətirə bilməmiş, 12 min nəfər məhv olmuş və yalnız Xocalı deyil, bütün DQMV və ətraf rayonlarda tam soyqırım tətbiq edilib!?
Eger ordu olmasaydi o zaman yevlaxda berdede gencede goygolde isgal altina duserdi o vaxt.dimiyuz dimiyuz deyir xalq sairi bes o zaman albert araqunov allahverdi bagirov eliyar eliyev kimi igid ogullarimiz ne ucun vurusurdular
əsl ... sən
Keçən dəfəki hərəkəti təqdirə layiqdi. Lakin bu dəfə sözün əsl mənasında çox böyük və kobud səhvə yol verdi. Kəlləməyallağ danışıb, camaatın əsəbləri ilə oynayır. Bizim o vaxt nizamsız da olsa ordumuz olub. O ordu olmasaydı rus, fars, erməni Bakıda idi. O ordu erməni və rus atəşkəs elan etməyə məcbur etdi. O ordunun zəhməti gözündən gəlsin!
Əslində düz deyir,o ki qaldı həmin illərdə şəhid olanlara,qazi olanlara burda inciləsi heçnə yoxdur,onlar əliyanlı rus qoşununun qabağına qəhrəman kimi çıxıblar,əksinə biz onlarla həmişə fəxr edirik,onların indiki kimi heç bir silahı,geyimi,qidası və ən nəhayət tam təlim keçmiş kamandirləri olmayıb,amma kürə aədər gəlmək istəyən rus qoşunun qabağında əliyanlı kişi kimi vuruşublar,bizlər hər zaman onların qarşısında,baş əyirik eyni ilə 44 gün aparılan müharibədə şəhidlərin və qazilərin qarşısında baş əyirik.