Menu

Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə edib

01.11.2021, 20:41
Rusiya ilə Ermənistan kommunikasiyaların açılmasını müzakirə edib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:

“Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol