Menu

Moskva aeroportlarında çox sayda reys ləğv olunub

01.11.2021, 23:46
Moskva aeroportlarında çox sayda reys ləğv olunub

Dumanlı hava səbəbindən Moskvanın üç hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv olunub. Musavat.com APA-ya istinadən xəbər verir ki, "Vnukovo" hava limanında 1 reys gecikib, 3 reys təxirə salınıb.

"Domodedovo"da 4 reys gecikib, 12 reys ləğv olunub. "Şeremetyevo" hava limanında isə, 3 reys gecikib, 9 reys ləğv edilib.

Hidrometeorologiya mərkəzi dumanlı hava şəraiti ilə əlaqədar paytaxtda və Moskva vilayətində sarı səviyyəli hava təhlükəsini çərşənbə axşamı saat 09.00-a qədər uzadıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol