Menu

Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

02.11.2021, 12:32
Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.

"Report" xəbər verir ki, bununla bağlı T.Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.

Səhiyyə Nazirliyi faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.

Şərhlər

Xeqani 2021-11-02 20:46:14

əgər səhiyyə naziri yarımçıqdırsa(mūvəqqəti) onda mūşavir də hesabda əvəzçi olmalıdır bu gūnkū səhiyyəmiz kimi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol