Menu

Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpılıb - Ölənlər var

02.11.2021, 16:08
Ələt-Astara yolunda mikroavtobus yük maşınına çırpılıb - Ölənlər var

Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb. “FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçala rayonunun Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Qəza zamanlı xəsarət alan bir nəfər isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

t.ədalət 2021-11-02 17:09:32

Ümumiyyətlə,mikroavtobuslardan istifadə dayandırılmalıdır.Bütün qəzaları bu nəqliyyat növü yaradır.Yüksək sürət zamanı müvazinətini saxlaya bilməyən bu avtobuslar idarəetməni itirirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol