Menu

Amnistiya Aktının tətbiqi 4 ay müddətində yekunlaşdırılacaq

02.11.2021, 16:27
Amnistiya Aktının tətbiqi 4 ay müddətində yekunlaşdırılacaq

8 Noyabr - Zəfər Günü münasibətilə qəbul olunacaq Amnistiya Aktının tətbiqi müddəti açıqlanıb.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol