Menu

Türkiyədə 6 Rusiya agenti yaxalandı - Killerlər çeçen Abdulhakimi öldürəcəkdilər...

02.11.2021, 17:55
Türkiyədə 6 Rusiya agenti yaxalandı - Killerlər çeçen Abdulhakimi öldürəcəkdilər...

Ötən günlərdə İran agentlərini və 15 nəfərlik "Mossad" şəbəkəsini çökdürən Türkiyə Kəşfiyyat İdarəsi (MİT) bu dəfə Rusiyanın 6 casusunu yaxalayıb. Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mətbutı məlumat yayıb.

Məlumata görə, Rusiya kəşfiyyatına işləyən 4-ü rus, biri ukraynalı və biri özbək olmaqla 6 casus Türkiyədə çeçen müxalifə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırmışlar.

Daha əvvəl tez-tez çeçen müxaliflərə qarşı sui-qəsd təşkil edən rus casuslarının bu dəfəki hədəfi Türkiyədə yaşayan Abdulhakim adlı çeçen olub.

MİT-in həyata keçirdiyi əməliyyat ilə sui-qəsd cəhdində istifadə ediləcək səsboğucu silahlar cəsusların məskunlaşdığı evin hamamının tavanındakı gizli bölmədən tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol