Menu

Azərbaycanda 14 yaşlı qız qaçırılıb

02.11.2021, 18:06
Azərbaycanda 14 yaşlı qız qaçırılıb

Bakıda yeniyetmə qız qaçırılıb. “Report”un xəbərinə görə, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soy ad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildiirlib ki, yeniyetmənin qaçırılması ilə bağlı DİN-ə məlumat daxil olub, onun axtarışına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol