Menu

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq - Xəbərdarlıq

03.11.2021, 10:01
Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol