Menu

“Qazrom”un Moldovaya siyasi təzyiqi olubmu?

03.11.2021, 14:43
“Qazrom”un Moldovaya siyasi təzyiqi olubmu?

Britaniya nəşri «Financial Times»-ın (FT) Moldova hökuməti və Rusiyanın «Qazprom» şirkəti arasında imzalanmış yeni qaz kontraktının şərtləri barədə verdiyi şərhlər həqiqətə uyğun deyil.

Bu barədə noyabrın 1-də Moldova Prezidenti Maya Sandu bəyan edib.

O, qeyd edib ki, məsləhətləşmələrdə Avropa İttifaqı ilə assosiasiya sazişinin reallaşmasından imtina olunması mövzusuna toxunulmayıb.

Sandu əlavə edib ki, Moldova respublikasının Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsi güzəştli qiymətlər əldə etmək üçün danışıqlarda «Qazprom» tərəfindən qaldırılmayıb.

Xatırladırıq, “Finansial Tayms” qəzeti yazıb ki, guya qaz tədarükü barədə Moldova-Rusiya dialoqu zamanı birinciyə siyasi təzyiq göstərilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol