Menu

YOLUXMA SAYI YENİDƏN ARTDI - Ölüm sayında qismən azalma oldu

03.11.2021, 22:04
YOLUXMA SAYI YENİDƏN ARTDI - Ölüm sayında qismən azalma oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 537 004 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 499 571 nəfər müalicə olunaraq sağalıb, 7 153 nəfər vəfat edib, aktiv xəstə sayı 30 280 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 102, ötən müddət ərzində isə ümumilikdə 5 227 688 test aparılıb.

Qeyd edək ki, ötən gün aktiv xəstə sayı 30 253 nəfər olub.

Qeyd edək ki, dünən koronavirus (COVID-19) infeksiyasına 2 178 yeni yoluxma faktı qeydə alınıb,

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol