Menu

Tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək

03.11.2021, 15:08
Tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək

Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək. 

APA-nın məlumatına görə. bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb. Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Şərhlər

t.ədalət 2021-11-03 23:59:35

Nağdsız ödənişlər o deməkdir ki,hökumət əhalinin cibinə nəzarət edəcək.Kimin cibində nə qədər olduğu öyrəniləcək və bir yolla həmin pulu ələ keçirməyə çalışacaqlar.Heç bir ölkədə əhalinin cibinə nəzarət yoxdur.Belə çıxır ki,müharibədə şəhid olduq,xəsarət aldıq,nəticədə qazandığımız güzaranımızın daha da pisləşdirilməsi oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol