"Yazdığım statusları müzakirəyə çıxaran insanların məqsədi mənə sataşmaq niyyəti daşıyır. Onlar bizi susdurmaq istəyirlər".
"AzPolitika.info" xəbər verir ki, bunu deputat Cavanşir Paşazadə "Facebook" səhifəsindəki qeydlərin yenidən müzakirə mövzusuna çevrilməsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, deputat növbəti dəfə orfoqrafik və üslub səhvləri ilə dolu statusuna görə tənqid hədəfinə tuş gəlib.
Xatırladaq ki, deputat ötən həftə sosial şəbəkədə yazdığı statusda buraxdığı çoxsaylı və biabırçı orfoqrafik səhvlərlə gündəm olmuşdu. O, sözügedən statusu özünün yazmadığını, sürücüsü tərəfindən yazıldığı barədə açıqlama verib, habelə bu səbəbdən onu işdən çıxardığını bəyan etmişdi. Amma jurnalistlərin apardıqları araşdırmadan sonra məlum olmuşdu ki, deputatın dedikləri doğru deyil, onun sürücüsünü işdən çıxardığı da yalandır. Çünki bu, Milli Məclis Aparatının səlahiyyətində olan məsələdir. Cavanşir Paşazadə yeni səhvlərini şərh edərkən bu dəfə bəhanələr axtarmayıb. Əksinə, ritorikasını tamamilə dəyişib və özünə haqq qazandırıb: "Mən, ədəbiyyat fənni üzrə müəllim deyiləm və imtahan vermirəm. Bir yazı yazıram, buna da şükür. Biz bu statusu müzakirəyə çıxaranların da yazılarını görmüşük. Onlar sataşmaq üçün bəhanə axtarırlar. Qoy, onlar mənim yazılarımı hərf-hərf oxumaqdan çərləsin, mən də yazmağımda olum. Mən davam edəcəyəm. Qoy, onlar oturub hesab-hüsab aparsınlar ki, bir vergül səhvdi və s. Onlar hesablamalarında olsunlar, biz də dövlətçiliyimizi qurmağa baxaq”.
Millət vəkilinin bu açıqlamasını da "üzrü günahından betər" sırasına yazmaq olar. Belə çıxır, o ilk qalmaqalda ictimaiyyətə yalan məlumat verib. Bir deputatın özünü təmizə çıxarmaq üçün yalan danışması ayıb sayılır. Başqa ölkələrdə bu addımı atanlar deputat mandatı ilə vidalaşmalı olurlar.
İllərdir parlament kürsüsündə əyləşmiş şəxsin səhvsiz bir cümlə yaza bilməməsinin isə şərhə ehtiyacı yoxdur...
"AzPolitika.info"

Şərhlər
Ey deputat deyirsən ədəbiyyat müəllimi deyiləm sənə edilən irad azərbaycan dilli qramatikasına aiddir utanmırsan özun bilərsən
... sənin yerin mal pəyəsidir.Az qalıb.
Dövlətçiliyi qurmursunuz, qırırsınız !
Vallahi bu milleti ,,,, sariyib )) 100%
Təqsir iqtidardadır ki, belə bisavadları otrtaya çıxarıb deputat edib.
Bu dövlətçiliyi qurmaqla məşğuldur. Ay özün öləsən. Sən və sənin kimilər dur bu dövləti qurd kimi içindən gəmirib dağıdan. Hələ bundan soruşun görək bu dövlət nədir dövlətçilik nədir bilərmi? Təsəvvürü belə yoxdur.
Deputatların çoxu bu gündədir !
hansı dölətçiliyi qurursunuz ???
"Mən, ədəbiyyat fənni üzrə müəllim deyiləm və imtahan vermirəm. Bir yazı yazıram, buna da şükür."...Bu da bizim deputat...şərhsiz.........
hansı dölətçiliyi qurursunuz ???
Nə kobud və mərifətsiz adamdır.Danışçığının tərzindən İranın casus şəbəkəsinin üzvlərinə oxşayır.
Vay, vay, vay...
O dövləti ki sən quracaqsan vay olsun onun halina....
АzPolitika ,inciməyin ,belə ............ sizlər şərait yaraırsız
Bizim Milli Meclisin deputatlarının ekseriyyeti elde etdikleri maddiyyatlarını qorumaq ve artırmaq meqsedi ile oraya düşübler ,yeni meqsed xalq,millet dövlet deyil.Bu hörmetlinin özünü aparmağı,arxayın arxayın danışması bunun kim olduğunu ,seviyyesini gösterir.Bele birinin yadına seçici kiminsee probleminin helline kemeklşk gösterilmesi düşmez ,men hele qlobal meseleleri ki hellini gözleyir demirem.Çetin işlerdir bizde bu meseleler.Bunun bir defe de olsun sanballı çıxışını kimse görübmü?
Sizin tutduğunuz vəzifə tələb edir ki, Azərbaycan dilinin qrammatikasını biləsiniz. Savadınızı artırmaq üzərində işləmək əvəzinə savadsız çıxışlarınızla özünüzə bəraət qazandırmağa çalışırsınız. İndi dedikləriniz savaşanların bir-birinə təpkisinə oxşayır. Görünür Siz hələ də başa düşmürsüz ki, rəsmi adamsız Azərbaycan dilinə hörmətlə yanaşmaq onu qorumaq Sizin vəzifə borcunuzdur.
Bisavad, nadan, yalançı və dikbaş! Haqqımız haram olsun sizin kimilərə! Ana dilində düzgün yaza bilməyənlərə ar olsun!