Menu

Tiflis Kremlə qarşı hazırlığa başladı

28.10.2014, 09:38
Tiflis Kremlə qarşı hazırlığa başladı

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Axar.az xəbər verir ki, iclasın keçirilməsinin əsas səbəbinin Rusiya və Abxaziya arasında imzalanacaq müttəfiqlik haqqında müqavilənin olduğu bildirilib.

Marqvelaşvilinin rəhbərliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının iclasına həmçinin Baş nazir İrakli Qaribaşvilinin də qoşulacağı deyilib. Artıq xaricdəki gürcü diplomatlarına da Rusiyaya qarşı hərəkət planı haqqında məlumat verilib.

Təhlükəsizlik Şurasının iclası oktyabrın 28-i, saat 18:00-da keçiriləcəyi açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol