Menu

"Hazırda Mərkəzi Elmi Kitabxananın vəzifəli şəxslərinin cinayət işinin istintaqı davam etdirilir" - Baş Prokurorluq

04.11.2021, 18:58
"Hazırda Mərkəzi Elmi Kitabxananın vəzifəli şəxslərinin cinayət işinin istintaqı davam etdirilir" - Baş Prokurorluq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilib, digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı hazırda davam etdirilir", - deyə məlumatda bildirilib.

Şərhlər

Alimə 2021-11-04 19:28:42

Bu qərəzli işdir. Ramiz Mehdiyevin sifarişi ilə aparılan işdirr. Əgər belə olmasa idi. Dəfələrlə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda baş alıb gedən korrupsiya ilə bağlı göndərilən heç bir ərizəyə nə baxılıb, nə də cavab verilib. Çünki adı çəkilən institutun direltoru Ramiz Mehdiyev tərərfindən himayə edilir. Görünür ki Mərkəzi Elmi Kitabxanada açılan cinayət işində birbaşa Mehdiyevin şəxsi marağı var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol