Menu

Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

05.11.2021, 09:55
Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Binəqədi-Balaxanı şossesində baş verib.

2001-ci il təvəllüdlü Əsgərova Səmayə Kamil qızı yolu keçərkən onu “Toyota” markalı nəqliyyat vasitəsi vurub.

S.Əsgərova hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Şərhlər

t.ədalət 2021-11-05 11:09:58

Əhalinin sıx yaşadığı ərazilərdə nəqliyyatın sürəti saatda 30-40 km olmalıdır.Qaydaya əməl etməyən harınlar isə 500 manatdan başlayan cərimələrlə cəzalandırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol