“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.
O, bu vəzifəyə 1 il əvvəl təyinat almışdı.
Şirvan RMX-dan APA-ya bildirilib ki, xəstəxananın direktoru İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.
Xəstəxanaya yeni direktor təyin olmadığı da qeyd olunub.


Şərhlər