Menu

Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi yaradılıb - FOTOLAR

05.11.2021, 16:53
Şəhid Tural Məmmədovun xatirəsinə bulaq kompleksi yaradılıb - FOTOLAR

Bu gün Vətən müharibəsi şəhidlərindən Tural Taryel oğlu Məmmədovun doğum günüdür. Onun xatirəsi Digah qəsəbəsində, Mehdiabad-Digah yolu üzərində qurulmuş abidə kompleksinin açılışı ilə anılıb.

Tural Məmmədov 2020-ci ildəkönüllü olaraq səfərbərlik siyahısına yazılıb və Vətən müharibəsində iştirak edib. Döyüş yolu Füzuli rayonundan başlayıb, Daşaltında, Şuşanın alınmasında rəşadətlə vuruşub. Noyabrın 9-dan 10-a keçən gecə Şuşada şəhid olub. Döyüş yoldaşları onun cəsarəti və qorxmazlığının hamını heyran etdiyini söyləyirlər.

Tural Məmməıdov ötən il noyabrın 11-də Xırdalan Şəhidlər Xiyabanında dəfn olunub. “Vətən uğrunda“, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Tural Məmmədov 5 dekabr 1999-cu ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. Atası Məmmədov Taryel Novruz oglu Göycə mahalının Kəsəmən kəndindən, anası Həsənova Könül Nəriman qızı Göycə mahalının Cil kəndindəndir. 1988-ci ildə ata-baba yurdlarını tərk etməyə məcbur olublar.

Tural 2006-cı ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə təhsil almaga başlayıb. Üstün zəkası ilə seçilib, əla qiymətlərlə oxuyub, yaxşı rəssamlıq qabiliyyəti olub. 2015-ci ildə C.Naxçivanski adına Hərbi Liseyə daxil olub,lakin səhhəti ilə bağlı təhsilini davam etdirə bilməyib. Mehdiabad qəsəbəsi 1 sayli tam orta məktəbdə təhsilini davam etdirib.

2018-ci il yanvardan 2019-cu ilin iyuluna qədər hərbi xidmətdə olub. Allah rəhmət eləsin!

"AzPolitika.info







Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol