Menu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsait 52% artırılır

06.11.2021, 12:31
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ayrılan vəsait 52% artırılır

Gələn il Azərbaycanın dövlət büdcəsindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2,3 milyon manat vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 52,3% çoxdur.

Həmin vəsait hesabına Komitənin tabeliyindəki, 11 rayonda fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin qadınlara və uşaqlara psixoloji dəstək verməsi, hüquqi məlumatlandırma və zəruri hallarda məsləhətlərin, sosial-psixoloji reabilitasiyanın təşkil edilməsi, fərdi, qrup və ailə terapiyasının həyata keçirilməsi, loqoped xidmətlərinin göstərilməsi, məişət zorakılığı hallarının qarşısının alınması, ailələrin psixo-sosial vəziyyətinin qiymətləndirilməsi, valideyn və uşaqların bacarıqlarının inkişaf etdirilməsi, fərdi və qrup inkişafetdirici məşğələlərin, uşaqların asudə vaxtlarının təşkil edilməsi, həmin xidmətlərdən 6 800 nəfərə yaxın aztəminatlı və həssas təbəqədən olan şəxslərin istifadəsi təmin ediləcək.

Şərhlər

Roma 2021-11-06 13:36:43

Vəsaiti çox artırmayın, orada da korrupsiyaya başlayarlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol