Menu

Ukrayna parlamenti: ilkin mandat bölgüsü açıqlanıb

28.10.2014, 10:20
Ukrayna parlamenti: ilkin mandat bölgüsü açıqlanıb

Ukrayna Ali Radasına oktyabrın 26-da keçirilmiş səsvermənin hesablanması davam edir.

“Media forum” saytının məlumatına görə, ilkin nəticələr parlamentə ən çox deputatın Poroşenko blokundan seçildiyini göstərir. Prezident partiyası 125 mandat qazanır.

Baş nazir Arseni Yatsenyukun partiyası – Xalq Cəbhəsi 84 mandat əldə edir.

“Samapomoş” blokunun hələlik 33, Müxalif blokun 29 mandatı var.

Radikal Partiya 22, sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” bloku 19 mandat götürür.

9 mandat digər partiyalara, 102 mandat isə partiyasız şəxslərə düşür.

Ukrayna Ali Radası 450 deputatdan ibarətdir. Rus işğalına görə Krımın 12, Donbasın 15 dairəsində seçki keçirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol