Menu

Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapılıb - FOTO

06.11.2021, 20:42
Bakıda itkin düşən 14 yaşlı yeniyetmə tapılıb - FOTO

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı Alina Cavadova sinif yoldaşının yanında olub. Yeniyetmə hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol