Menu

“Möhürsüz memar”ın işinə Apellyasiya Məhkəməsində baxılacaq

06.11.2021, 23:18
“Möhürsüz memar”ın işinə Apellyasiya Məhkəməsində  baxılacaq

Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bir müddət əvvəl Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs edilən yaxın qohumlarını azadlığa buraxdırmağa nail olub. Azadlıqdan məhrumetmə cəzasına isə yalnız Abşeronun sabiq baş memarı Akif Əliyev məhkum edilib. Məhkəmənin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib.

"Legitim.az"-ın məlumatına görə, 2 noyabr tarixində  Sumqayıt Apellyasiya Məhkəməsində A. Əliyev və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağıə məhkəmə baxışı təyin edilib.

Məlumatda o da qeyd edilib ki,  A. Əliyevi “möhürsüz memar” kimi tanınıb. Hətta  A. Əliyevə məxsus möhür istintaqa o, saxlanıldıqdan sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilib.

Qeyd edək ki, Baş Prokurluq Yanında Korrupsiaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən saxlanılan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın qohumları eyni maddə ilə ittiham olunmaqlarına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlığa buraxılıb. Ancaq həmin hökmdən prokurorluq orqanı tərəfindən nədənsə protest verilməyib.

Şərhlər

Roma 2021-11-07 08:47:26

"Məlumatda o da qeyd edilib ki, A. Əliyevi “möhürsüz memar” kimi tanınıb. Hətta A. Əliyevə məxsus möhür istintaqa o, saxlanıldıqdan sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilib."...Görəsən Abşeron Rayon İcra Hakimiyyəti A. Əliyevə məxsus möhürü özündə niyə saxlayıbmış???...........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol