Menu

VƏZİYYƏTİ "AĞIRLAŞAN" ABUTALIBOV DANIŞDI... - "Almaniyada aktiv istirahətdə idim..."

07.11.2021, 21:42
VƏZİYYƏTİ "AĞIRLAŞAN"  ABUTALIBOV DANIŞDI... - "Almaniyada aktiv istirahətdə idim..."

“Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Hər şey qaydasındadır. Hazırda Qaxdakı bağımda Ordubaddan gətirilən ağacları əkməklə məşğulam”.

Bunu "modern.az"-a açıqlamasında səhhətinin ağır olması səbəbindən Almaniyaya aparıldığı iddia olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bildirib.

Təcili Almaniyaya aparılması ilə bağlı iddiaları qəbul etməyən sabiq başçı səyahətə çıxdığını vurğulayıb: “Oğlum və nəvələrimlə Almaniyada aktiv istirahətdə idim. Münhendə oldum, meriyanın möhtəşəm binasını, görməli yerləri gəzdim. İldə 1 dəfə məcburi müayinə olunmalıyam. Yenə də övladlarımın təkidilə müayinədən keçdim. Burada hansısa ağırlaşmış xəstəlikdən söhbət getmir. Nəticələr də tam qaydasındadır. Oradan da Türkiyəyə, o biri oğlumun yanına getdim. Hazırda da Qaxda dincəlirəm, sağ-salamatlıqdır. Hamıya da belə aktiv istirahət arzulayıram”.

Keçmiş mer noyabrın 10-da mərhum qardaşının il mərasimində iştirak etmək üçün Bakıya qayıdacağını qeyd edib.

O, həmçinin, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşının da səhhətinin normallaşdığını, mütəmadi həkim nəzarətində olduğunu deyib.

Qeyd edək ki, bu gün H. Abutalıbovun ağır vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumatlar yayılıb.

Şərhlər

RR 2021-11-08 07:32:32

pulu yiyen almaniyani qezir , obride yani muavini , tûrmede yatir ))) nece olure brle sheyler ? derdeeee

RR 2021-11-08 07:29:48

Hansi pulnan qedirsen Almaniyaya ? Allah teala belanizi versin !!!! qan qusacaqsiz milletin pulun yeyenler !!!! bilesiz …

Xalid 2021-11-07 19:44:44

Bunun kimi murdar məxluqdan mikrob da qorxur.

Рембо 2021-11-07 19:06:55

Utanmaz utanmaz hele deyir ki bir oglum almaniyada bir iglum turkiyede . Ay ....kimin pullariynan gaciblar orada yashayirlar. Danishanda veten veten deyirsiz

Qaxlı 2021-11-07 18:12:26

A kişi sənin yerin Qax deyil Məştağadır..Xalqdan oğurladığın milyardlar zəhərin olsun.

t.ədalət 2021-11-07 18:10:42

Bəziləri Hacıbalanın xaricə gedişini onun xaricdəki pullarının taleyi ilə bağlayır.Məlumdur ki,C.Feyziyevin Londondakı sərvətləri yoxlanılır.Eləcə də Hacıbalanın xaricə daşıdığı pullarla bağlı problemlərin yaranması onu narahat edib.Güman ki axırda oğurladıqları ortaya çıxacaq.

Sabir 2021-11-07 15:40:23

Gözünün içinə qədər yalan deyir. Xəstə idi və özüdə lap betərindən. Prosta bu elə bir bəladır ki, Əzrayıla da atıb aradan çıxıb. İndi yerin də dəqiq demir ki, gəlib tapar.

Qəzənfər 2021-11-07 15:36:45

Çox istəyirəm gedəm Qaxa. İstirahətə yox e. İstirahətə pul lazımdı, o da qəhətə çıxıb. Gedib Hacıbaladan soruşmaq istəyirəm ki, xəlvətcə qulağıma de görüm indi Azərbaycanda neçə kişi var?

müəllim 2021-11-07 15:33:20

Zəhmətsiz rüşvətlə Almaniyada nenem də istirahətedər! Utanmasan oynamağa nə var ki! İqtidarın sənə qarşıı etinasızlığı bağışlanan deyil.Sən Almaniyada yox,,həbsdə olmalı idin.

Qulu 2021-11-07 15:29:17

Ay xatakar... Özünü dəli, yerinə qoyub, meymunluq edərək talayıb aradan ilanbalıqı kimi sıvışib çıxdın.... Amma arxayın olma və dilini dinməz saxla. .... Dingildəməyindən bəlli olur ki pul səndə az deyil. ....

Surxay 2021-11-07 15:20:12

Amma gizlətdi demədi ki, yazda "gül üstündə bülbül" bayramına hazırlaşır. İstirahət elə Hacı bəla . Sən ki, bu dövləti və xalqı doların və tər təmiz aradan çıxdın v...Həqiqətən də hacı BƏLAymışsan

Xeqani 2021-11-07 14:01:32

Bunlar və bunun kimilər iblslə qohumdurlar heç məhv olana oxşamırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol