Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a açıqlamasında deyib: “Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq”.
Lakin Peskovun bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan, Rusiya və Azərbaycan başçılarının üçtərəfli görüşünün vaxtı ilə bağlı yekun razılıq yoxdur.
“Deyə bilərəm ki, hazırda noyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq yoxdur”, - o, Ermənistanın İctimai Televiziyasına deyib.
Xatırladaq ki, qeyri-rəsmi məlumata görə, qarşıdakı görüşdə tərəflər Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, eləcə də iki ölkə arasında sülh sazişinin bağlanması ilə bağlı iki sənəd imzalamalıdırlar.(turan.az)

Şərhlər
Bəlkə, bu dəfə PREZİDENTLƏR söhbətləşəcəklər?
Paşinyan 7 noyabr tarixində Ermənistanın İctimai televiziyasında müsahibə verərkən işçi qrupu tərəfindən mümkün olan marşrutların mümkün olacağını dilə gətirib, bunlar İcevan-Qazax, Berd-Tovuz, Anexakot-Biçənək, Horadiz-Meqri və Ordubad-Yerasx. Daha sonra o qeyd etmişdir ki, hər dövlət bu marşrutları öz ərazisindən çəkməlidir. Erməni qol budaq cümləsi alındımı? Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə o, qeyd edir ki, hər hansı Zəngəzur dəhlizindən söz getmir və gedə də bilməz. Nazir müavinləri səviyyəsində gedən danışıqlardan belə məlum olur ki, bütün açılması nəzərdə tutulan yollar hansı dövlətin ərazisindən keçirsə həmin dövlətin ərazisidir. Müsahibəsində 44 günlük müharibədə maraqlı faktlara diqqət çəkib. Bu müharibədə 1.000 cinayət işi başlanıb, 40 yaxın şəxs ittiham olunur, 10 yaxın hərbçi gəbs olunub. Bu aysberqin görünən tərəfidir. Ordu quruculuğunda fundamental problemlərimiz var idi. Uzun müddət ordu toxunulmaz sayılırdı, bu da özünü döyüş meydanında göstərdi. Etiraf etməliyik ki, ordu quruculuğunu məhv etdik və Ermənistanla Azərbaycanın orduya ayrılan vəsaitin miqdarını müqayisə edir. Səfərbərlik məsələlərinin də lazımi səviyyədə olmamasına diqqət çəkib. Ermənistanın İstintaq Komitəsi tərəfindən müəyyən edilmişdir ki, müharibə nəticəsində Artsaxda 3788 nəfər həlak olub, 231 hərbçi və 22 mülki şəxs itkin düşüb. Paşinyan daha sonra çıxışında demilitasiya və demarkasiya ilə də məsələyə aydınlıq gətirməyə cəhd edib. Xəritələr dəfələrlə yenidən çap olunmuşdur. SSRİ dönəmində Sovet Errmənistanı ilə Sovet Azərbaycanı arasında bu proseslər gedirdi, lakin bütün xəritələr eyni deyildi. Niyə? Bu sualı Paşinyan verir və özü də cavab verir. Sovet vaxtında belə bir qayda var idi, Kommunist Partiyasının bayramları ilə əlaqədar qardaş respublikalar bir birinə ərazi hədiyyə edirdilər. Bunlar yerli səviyyədə edilirdi. Biz o fikrə gəldik ki, bütün xəritələr qeyd etdiyim prinsiplər əsasında Ermənistanla Azərbaycan arasında danışıqlar yolu ilə 20-30-cu illərdə tərtib olunmuşdur. Bu xəritələr bizə lazımdır ona görə ki, orada yazılan razılaşmalarından məlumatımız olsun. Bu iş mütləq görülməlidir (Bu ifadələr Paşinyana məxsusdur). Hazırda da 9 noyabr görüşü ilə bağlı hətərən pətərən danışmağı normal insanda təəccüb doğurur. Odur ki, bu buqələmun milləti gözünü açmağa imkan verməməliyik, Ordumuzu daha da təkmilləşdirməliyik, onlar öyrəniblər qapaz altı olmağa. Qapaz altı olmaq onlar üçün şərəfdir.