Menu

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb - VİDEO

08.11.2021, 09:18
Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb - VİDEO

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb. “Report” xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.

İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.

Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır.

Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol