Polşa Ukrayna sərhədlərinə qoşun yeridir.
Avropa.info xəbər verir ki, Polşanın müdafiə naziri Tomas Siemoniak, mətbuata verdiyi açıqlamada, qonşu Ukraynadakı münaqişə səbəbindən sərhədə əlavə qoşun yeridiləcəyini bildirib.
"Geosiyasi vəziyyət dəyişib, soyuq müharibədən bu yana ən böyük təhlükəsizlik böhranı ilə üzləşmişik və bundan nəticələr çıxarmaq məcburiyyətindəyik".
Qeyd edək ki, Ukraynanın şərqində Rusiyanın dəstək verdiyi separatçılarla Ukrayna ordusu arasında gərgin döyüşlər gedir.


Şərhlər