Uşaq evləri və internatda yaşayan 28 uşaq öz valideynlərinə qaytarılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində nazirliyin nəzdindəki internat evlərində yaşayan 28 uşaq ailələrinə verilib.
Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək 308 uşaq xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şağan 3 saylı və Saray 7 saylı internat evlərinə verilib.


Şərhlər